Ukraynanın dövlət borcu apreldə 180 milyard dollara çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Ali Radanın deputatı Danilo Getmantsev məlumat verib.

Millət vəkili şəxsi "Telegram" kanalında qeyd edib ki, təkcə 2025-ci ilin aprelində Ukraynanın dövlət borcu 5% artıb. O əlavə edib ki, yanvar-aprel ayları arasında ölkənin dövlət borcu 8,4% artıb.