Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsində icra edilib.

"Unikal" xəbər verir ki, burada sərəncam ümumilikdə 29 nəfərə şamil olunub.

Onlardan 27 nəfər azadlığa buraxılır, 2 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

Müxbir: Anar Kəlbiyev

Fotolar: Ayxan Məlikov