Fransada fermerlər traktorlarla Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın yaxınlığında toplaşıblar.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Aksiya iştirakçıları saray binası yaxınlığında toplaşmağa başlayıblar. Etirazda 200-dən çox fermerin iştirakı gözlənilir.
Bildirilib ki, deputatlar fermerlərə qoyulan məhdudiyyətləri azaltmağa yönəlmiş kənd təsərrüfatı qanun layihəsini müzakirə edəcəklər.
Qeyd edək ki, Fransa lideri Emmanuel Makron etirazlar fonunda həyat yoldaşı Bricitlə Vyetnama səfər edib. Birinci xanım təyyarədən enməzdən əvvəl Makronun üzünə sillə vurub. Görüntülər dünya mediasında gündəm olub.
Ağarza Elçinoğlu