Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının “M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 195” ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
"Unikal" xəbər verir ki, sonra hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Elgün Allacov ərazi partiya təşkilatının sədri, Müşfiq Gülməmmədov isə sədr müavini seçiliblər.