Nizami rayonunu içməli su ilə təchiz edən magistral xətdə aparılacaq təmir və bərpa işləri ilə əlaqədar 27 may səhər saatlarından axşam saatlarınadək rayon ərazisinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə "Unikal"a "Azərsu" ASC-dən bildirilib.

Qeyd edilib ki, Təmir işləri yekunlaşdırıldıqdan sonra suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.