Bakı Beynəlxalq Avtovağzal Kompleksində yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər davam etdirilir.

"Unikal" xəbər verir ki, məqsəd Kompleks əməkdaşlarına baş verə biləcək yanğın hadisələri zamanı yanğınsöndürmə balonlarından istifadə qaydaları ilə bağlı təlimlərin keçirilməsidir.  

Təlimlər zamanı şəxsi heyət ərazidə başlanan şərti yanğın ocağının söndürülməsində fəal iştirak edib, praktiki vərdişlərə yiyələnib.