Bu gün basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Bakı mərhələsinə start verilib.

"Unikal" xəbər verir ki, turnirdə 16 komanda mübarizə aparır.

A qrupunda yer alan millimiz ilk görüşdə Niderlandla üz-üzə gəlib. Matç rəqibin xeyrinə başa çatıb - 19:13. İkinci oyunda yığmamız "Praqa" ilə qarşılaşıb. 16:12 hesabı ilə üstün olan komandamız mərhələ adlayıb.

1/4 finala yüksələn komandamızın rəqibi Latviya olacaq. Oyun sabah saat 18:15-də start götürəcək.