Dövlət büdcəsinin böyük hissəsinin dekabr ayında xərclənməsinin obyektiv və subyektiv səbəbləri var.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib. 

O bildirib ki, ən böyük obyektiv amil dövlət orqanlarının dekabr ayında işçilərə mükafat (premiya) verməsidir: "Nəzərə alsaq ki, büdcədə əməyin ödənişi 12 milyard manatdır. İkinci bir tərəfdən satınalmaların bir hissəsi dekabrda yerinə yetirilir".

Anar Kəlbiyev