“Həkimlərin vəzifə və tarif maaşlarının üzərinə çox da fokuslanmaq lazım deyil”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
O bildirib ki, Azərbaycan reallığında yaxşı, tanınmış, öz sahəsinin peşəkarı olan həkimlər kifayət qədər yüksək əməkhaqqı alırlar:
"Sadəcə vəzifə və tarif maaşları 550-700 manat aralığındadır. Düşünürəm ki, həkimlər özləri maraqlı olacaqlar yenidən sertifikasiyaya getsinlər”, - deyə şöbə müdiri bildirib.
Anar Kəlbiyev