"Həkimlərin düzgün, proporsional bölüşdürülməsi aparılmayıb. Həkimlərin çoxu ixtisası üzrə işləmir və Bakıya toplaşıblar, bölgələrə getməyiblər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, buna şərait yaradılmalıdır: "Bunun maliyyə və digər tərəfləri var. Səhiyyə Nazirliyi bu barədə fikirləşməlidir".

Anar Kəlbiyev