İspaniyanın “Barselona” komandası yarımmüdafiəçisi Mark Kasado ilə müqaviləni uzatmaq barədə prinsipial razılığa gəlib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı futbolçu daha 5 il Kataloniya təmsilçisinin formasını geyinəcək.

Futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Mark Kasado La Liqa klubunun heyətində 37 oyunda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.