Türkiyə, eyni zamanda Pakistan Azərbaycana siyasi-diplomatik dəstək verdi ki, azərbaycanlı qardaş və bacılarımız torpaqlarının azad edilməsi uğrunda mübarizədə uğura nail olsun.

"Unikal" xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
“Çünki bu, səmimi qəlbdən gəlirdi və həmin amal dəstəklənməli idi. Ona görə də bu gün transformasiya olub, artıq bir qəlbdə iki ruh deyil, bir qəlbdə üç ruh var. Biz bu şüarı artıq dəyişmişik”, - deyə Pakistan Baş naziri vurğulayıb .