İranın hüquq-mühafizə orqanlarının rəisi, briqada generalı Əhməd Rza Radan qeyri-qanuni mühacirlərin təcili olaraq İranı tərk etmələrinin vacibliyini vurğulayıb.

"Unikal" xəbər verir ki,  onun sözlərini "Mehr" agentliyi sitat gətirib. 

"Qeyri-qanuni vətəndaşlar bizim qonağımız deyillər, çünki onlar ölkəmizin qanunlarını pozublar", - general ifadə edib. 

Onun sözlərinə görə, əcnəbi vətəndaşlar iki kateqoriyaya bölünür: ölkəyə qanuni yolla daxil olanlar hörmət və hüquqi müdafiədən istifadə edirlər.

Gülayə Mecid