Müsadirə olunan narkotik vasitələrin 140 kiloqram 727,95 qramını heroin, 60 kiloqram 688,812 qramını tiryək, 30 kiloqram 822,838 qramını həşiş, 21 kiloqram 378,121 qramını digər narkotik vasitələr, 68 kiloqram 104,632 qramını psixotrop maddələr təşkil edib.
Bununla bağlı "Unikal"a Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, cari ilin ilk dörd ayı ərzində cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı 1499 nəfər təşkil edib. Onlardan 33-ü xarici ölkə vətəndaşlarıdır.
“Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü il dekabrın 31-nə respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 40 min 490 nəfər olub. Onlardan 20 min 182-si opioidlərin, 8 min 611-i kannabioidlərin, 11 min 697-si bir neçə narkotik maddəni eyni zamanda qəbul etdiyi üçün psixası və davranışı pozulmuş şəxslərdir. Bu şəxslərdən 1005-i qadındır. Hesabat ilində dispanser nəzarətinə müvafiq diaqnozla 4 min 967 nəfər götürülüb, 1136 nəfər isə nəzarətdən çıxarılıb”, deyə məlumatda bildirilib.