Volodimir Zelenski Ukraynada 1 İyun Uşaqlar Gününün qeyd olunmasını ləğv edib.
"Unikal" xəbər verir ki, Kiyev liderinin fərmanına əsasən, Ukraynada Uşaqların Müdafiəsi Günü bundan sonra 20 Noyabr - Ümumdünya Uşaqlar Günündə qeyd olunacaq.
Bildirək ki, Rusiya-Ukrayna arasında 2022-ci ilin fevralın 24-dən bəri müharibə davam edir. Rusiyanın Ukraynaya hücumu nəticəsində 600-ə yaxın uşaq və yeniyetmə həlak olub, 2 minə yaxın azyaşlı isə yaralanıb.