Cənubi Koreyanın “Hyundai” avtokonserni motorxananın alışma riskinin olması ilə əlaqədar Rusiya bazarından 100 mindən çox avtomobilini geri çağıracağını elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Federal Texnikiki Tənzimləmə və Metrologiya Agentliyi məlumat yayıb.
Söhbət 2010-2015-ci illər ərzində istehsal olunmuş “Hyundai Grandeur”, “Genesis Coupe” “Grand Santa Fe”, “Veloster, i40”, “Solaris”, “SantaFe” modellərindən gedir və onların Rusiya bazarındakı ümumi sayı 99256 ədəd təşkil edir.
Qeyd edilir ki, avtomobillərin kütləvi sürətdə geri çağırılması avtomobilin HECU modulunda (ABS bloklanma) qısa qapanmanın meydana gəlmə ehtimalı ilə əlaqədardır ki, bu problem motorxananın qısa zamanda alışıb yanmasına yol aça bilər.