İndoneziyanın Qərbi Yava əyalətində karxanada baş verən torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb, 11 nəfər hələ də itkin hesab olunur.

"Unikal" xəbər verir ki, mayın 30-da baş verən təbii fəlakətdən sonra ərazidə axtarış-xilasetmə işləri davam edir. Torpaq axını altında qalanların xilası üçün işlər sürətlə aparılır. Axtarış işlərinə xilasedicilərlə yanaşı, hərbçilər, polis işçiləri də cəlb olunub.

Yağışlı hava şəraiti təkrar sürüşmə ehtimalını artırır.