İran hökuməti Azərbaycana yeni səfir təyin edib.
"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında deyib.
"İranın Azərbaycandakı yeni səfiri müəyyənləşib və təqdim olunub. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli və tanınmış diplomatdır”, - İran XİN rəsmisi qeyd edib.
Bununla belə, o, yeni səfirin adını açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi (2020-2024) olub.
Gülayə Mecid