"Kia" 2010-2016-cı illərdə Rusiyada satılan 55,3 min "Sorento", "Soul" və "Cerato" modelini könüllü geri çağırdığını elan edib.

"Unikal" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. 

Geri çağırılma, mühərrik bölməsində yerləşən hidravlik elektron idarəetmə blokunun (HECU) çap elektron lövhəsində mümkün qısaqapanma riski ilə əlaqədardır. Xidmət kampaniyası çərçivəsində bütün avtomobillərdə iki qoruyucu dəyişdiriləcək və aqreqatın qapağına yenilənmiş stikerlər vurulacaq.

Sahiblərə telefonla və ya səlahiyyətli "Kia" nümayəndələrinin məktubu ilə dilerlə əlaqə saxlamağın zəruriliyi barədə məlumat veriləcək. Bildirilir ki, bütün təmir və dəyişdirmə hissələri pulsuz həyata keçiriləcək.

Gülayə Mecid