Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistan baş nazirinin xüsusi köməkçisi Səid Fatemi ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həmsöhbətlər ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər: "Səid Fatemi Pakistan-Hindistan münasibətlərindəki mövcud vəziyyətlə bağlı Pakistanın mövqeyi barədə məlumat verib. Rusiya tərəfi Yeni Dehli və İslamabad arasında birbaşa dialoqun və qarşılıqlı etimad səviyyəsinin artırılmasının zəruriliyini vurğulayıb. Beynəlxalq platformalarda, ilk növbədə, BMT və ŞƏT-də terrorizmlə bütün təzahürləri ilə mübarizədə birgə səylərin artırılmasının vacibliyi vurğulanıb".
Ağarza Elçinoğlu