Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa sentyabr ayında ABŞ-a səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.
Qeyd olunur ki, əl-Şaraa da BMT-nin iclasında çıxış edəcək. Bu, Suriya prezidentinin son 60 ildə dünya təşkilatında ilk çıxışı olacaq.
Suriyanın müvəqqəti hökuməti 2024-cü il dekabrın 9-da Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaradılıb.