Niderlandın baş naziri Dik Şuf ifrat sağçı siyasətçi Gert Vildersin Azadlıq Naminə Partiyasını sağçı koalisiyadan çıxarmasından bir neçə saat sonra istefa verib.
"Unikal" xəbər verir ki, bundan sonra Vildersin partiyasından olan nazirlər hökuməti tərk edəcək, digərləri isə müvəqqəti kabinetdə çalışacaqlar.
Vilders partiyasının koalisiyanın digər üç tərəfdaşının sığınacaq və immiqrasiya ilə bağlı fikirlərini dəstəkləmədiyi üçün tərk etdiyini söyləyib.