Sabirabadda baş verən yanğın zamanı ölənlər bir ailənin üzvü olublar.
"Unikal" xəbər verir ki, Muğan Gəncəli kənd sakini Bahar Niyazovaya məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, 2002-ci il təvəllüdlü İmanova Safalı Qorxmaz qızı, 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı ölüblər. Hadisə zamanı ev sahibi və digər oğlu xilas olub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bu barədə "Unikal"a FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.