2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi yerinə yetirilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi yazılı məlumat yayıb.
"Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici dövlətlərin rəsmiləri olub", - nazirlik açıqlayıb.
Qeyd olunub ki, dövlət reyslərinin həyata keçirilməsinə icazə Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilir.
Ağarza Elçinoğlu