Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb. 

“Söhbət zamanı Türkiyə ilə İran arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib”, - deyə ofisdən bildirilib.

Ərdoğan bildirib ki, Ankara qarşıdakı dövrdə Türkiyə-İran əlaqələrinin institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində addımlar üzərində işləməyə davam edir.