Rusiya prezidenti Vladimir Putin Roma Papası XIV Leo ilə telefon danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Rusiya lideri diqqəti Ukrayna hakimiyyətinin Rusiya Federasiyası ərazisində təxribat törətməklə münaqişənin gərginləşməsinə mərc etməsinə yönəldib. Putin vurğulayıb ki, Ukraynanın Rusiyanın mülki əhalisinə qəsdən etdiyi hücum açıq şəkildə terrorizm kimi təsnif edilir.

Kreml bu telefon danışığını konstruktiv adlandırıb.