Bakıda avtomobil piyadanı vurub.
"Unikal" xəbər verir ki, Məmmədov Kənan Rahin oğlu idarə etdiyi «Chevrolet cobalt» markalı avtomobillə Bakı dairəvi yolunun köməkçi hissəsi ilə Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada, 1987-ci il təvəllüdlü Mirzəyev Ruslan Fərman oğlunu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.