"Dünən və bu gün Şamaxıda baş verən zəlzələlər, xırda təkanların olması enerji boşalmasıdır".
"Unikal" xəbər verir ki, bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O qeyd edib ki, Azərbaycanda seysmogen bölgələrdə katastrofik zəlzələ ehtimalı yoxdur.