Kolumbiyada prezidentliyə namizəd, senator Migel Uribeyə qarşı sui-qəsd cəhdi olub. 

"Unikal" xəbər verir ki, 15 yaşlı yeniyetmə senatora 6 dəfə atəş açıb. Nəticədə Uribe başından yaralanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin stabil olduğu bildirilir.  Daha 2 nəfər də - 1 kişi və 1 qadın xəsarət alıb. 

Hücum edən 15 yaşlı yeniyetməyə atəş açılıb. O, ayağından yaralanıb. 

Dövlət katibi Marko Rubio hadisəni demokratiyaya qarşı birbaşa təhdid kimi dəyərləndirib və bunun Kolumbiya hökumətinin ən yüksək səviyyələrindən gələn zorakı solçu ritorikanın nəticəsi olduğunu qeyd edib.