Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhətinin pisləşməsi barədə iddialar yayılıb.
"Unikal" xəbər verir ki, Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) iddialarla bağlı açıqlama verərək yayılan məlumatları təkzib edib:
"Bir YouTube kanalında prezidentimizin səhhətinin vəziyyəti ilə bağlı əsassız iddialar səsləndirilib. Sözügedən yayımda istifadə edilən ifadələr təkcə əsassız iddialar deyil, həm də Prezidentliyi hədəf alır və təhqirlər ehtiva edir. Prezidentimiz Türkiyə Cümhuriyyətinin dövlət başçısı olaraq konstitusion səlahiyyət və vəzifələrini yerinə yetirir və millətimizə xidmət etmək üçün böyük səylə mübarizə aparır.
Möhtərəm Prezidentimizlə görüşən dövlət başçıları, siyasətçilər, digər rəsmilər onun məsələlərdən nə qədər məlumatlı olduğunu, yaddaşının nə qədər güclü olduğunu, qərarlarında nə qədər qətiyyətli olduğunu bilirlər.
Digər tərəfdən, jurnalistika anlayışını və ciddiliyini heçə sayan, heç bir məsuliyyət və həssaslığı heçə sayan, sosial media platformalarında dezinformasiya yayan insanlar ancaq özlərini kiçik və gülünc göstərirlər" deyə məlumatda qeyd edilib..