"Rusiya artıq NATO-nun kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinin gücünə inanmır və Şimali Atlantika Alyansının üzvlərindən birinə hücum edərək bunu sınaqdan keçirmək istəyir".
"Unikal" xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kahl deyib.
Onun fikrincə, Rusiyadan gələn “təhlükə”ni də qiymətləndirməmək olmaz, çünki Moskva öz təsir dairələrini genişləndirməyə çalışır.
"Biz tamamilə əminik və Ukraynanın Qərbə gedən yolda sadəcə bir addım olduğuna dair kəşfiyyat sübutlarımız var. Moskvada artıq NATO-nun 5-ci maddəsinin işlədiyinə inanmayan insanlar var. Onlar bunu sınaqdan keçirmək istəyirlər", - Kahl deyib.