Rusiya Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıyır.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Rusiya bu bölgəni rəsmən Azərbaycan ərazisi kimi tanıyır. Medinski tarixi aspektindən, sosial-mədəni xüsusiyyətlərindən və xalqın dərdindən danışıb", - o qeyd edib.

Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski “Russia Today” kanalına müsahibəsində Qarabağı mübahisəli ərazi kimi təqdim edib və bildirib ki, Ukrayna ilə real sülh olmasa, o zaman bu bölgə (Rusiyanın yeni əraziləri-red.) “nəhəng Qarabağa” çevriləcək. 

Bunun fonunda Azərbaycan XİN Medinskinin bu açıqlamasına münasibət bildirib.

Gülayə Mecid