Bosniya və Herseqovina Federasiyası Xalq Assambleyasının iclası zalda ilan tapıldığı üçün təxirə salınıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xalq Assambleyası açıqlama yayıb. 

Qeyd olunub ki, daha ətraflı araşdırma üçün zal boşaldılıb: "Paytaxt Sarayevodakı parlament binasında keçirilməsi planlaşdırılan iclas, salonda ilan görünməsinin ardından təxirə salınıb". 

Seymur Əli