Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ali təhsilini Çində davam etdirəcək.

"Unikal" xəbər verir ki, bu barədə "Mənim addımım" fondu məlumat yayıb.

Bu barədə My Step Foundation məlumat yayıb.

“Sentyabrda Anna Akopyan Pekin Normal Universitetində iki illik magistratura proqramında Çin fəlsəfəsini öyrənmək üçün Çinə gedəcək”, - məlumatda deyilir.

Paşinyanın arvadı Pekində Çin fəlsəfəsinin əsas istiqamətlərini, o cümlədən konfutsiçilik, daoizm və Çin siyasi fəlsəfəsini öyrənəcək.

İngilis dilində tədris olunan proqramda Çin siyasət elminin əsasları da yer alacaq.