Gürcüstan Xüsusi Təyinatlı Qüvvələrinin rəisi, xalq arasında “Xareba” kimi tanınan Zviad Xarazişvili istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun yerinə Roman Kartsivadze təyin edilib.
Hakim partiya etirazçılara qarşı qəddar hərəkətlərinə görə Qərbin sanksiyaları altında olan Xarazişvilinin istefaya getməsi ilə bağlı müxalifət mediasında yayılan xəbərləri daha əvvəl təkzib etmişdi.
Xatırladaq ki, mayın 28-də daxili işlər nazirində dəyişiklik olub. Vaxtanq Qomelaurinin yerinə Gela Geladze Daxili İşlər Nazirliyinin rəhbəri təyin edilib.