"Mançester Siti" Rayan Çerkinin keçidini həll edib.
"Unikal" xəbər verir ki, 21 yaşlı fransalı futbolçu ilə 2030-cu ilədək müqavilə imzalanıb.
"Şəhərlilər" bu transfer üçün "Lion"a 40 milyon ödəyiblər. Çerki 2020-ci ildən lionluların heyətində çıxış edir. O, bu müddət ərzində meydana çıxdığı 185 oyunda 29 qol vurub, 45 ötürmə verib.
Qeyd edək ki, "Mançester Siti" dünən Rayan Ait-Nurinin transferini rəsmiləşdirib.