Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampla bağlı münaqişəsinin “həddindən artıq şişirdildiyini” bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, "X" səhifəsində yazıb.
"Keçən həftə ABŞ prezidenti Donald Tramp haqqında yazdığım bəzi yazılara təəssüflənirəm", - Mask qeyd edib.
İş adamı reputasiyasına əsas zərbəni özü vurduğunu etiraf edib.
Bu şərh Maskın Ağ Evin iqtisadi siyasətini sərt şəkildə tənqid etməsi ilə Mask və Donald Tramp arasında bu yaxınlarda baş verən mübahisələr fonunda olub.
Buna cavab olaraq Tramp Maskı məsuliyyətsizlikdə günahlandırıb, şirkətləri ilə hökumət müqavilələrini ləğv etməklə hədələyib və onu “dəli” adlandırıb. Prezident həmçinin bildirib ki, qanun layihəsini tənqid etdiyinə görə İlon Maskdan “çox məyus olub”. Mask da "X" sosial şəbəkəsində cavab verib ki, Tramp biznesmenin dəstəyi olmadan prezident seçkilərində qalib gələ bilməzdi.
Gülayə Mecid