Dünya çempionatının seçmə mərhələsində Malta yığması ilə keçirilən matç (8:0) Niderland millisinin futbolçusu Memfis Depay üçün əlamətdar olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, forvard rəqib qapısına vurulan səkkiz qoldan ikisinin müəllifi olub.
Bununla da o, milli komandada 50-ci qoluna imza atıb. Oyunçu bu göstərici ilə Niderland yığmasında bütün zamanların bombardiri Robin van Persinin rekordunu təkrarlayıb.
Maraqlısı odur ki, hər iki hücumçu bu nəticəni 102 qarşılaşmada əldə edib.