İtaliyanın "Milan" klubunun futbolçusu Ticani Reynders İngiltərənin “Mançester Siti” komandasına keçib.

"Unikal" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Niderlandlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Şəhərlilər” bu transfer üçün qarşı tərəfə 70 milyon avro məbləğində təzminat ödəyəcək.

Qeyd edək ki, Ticani Reynders 2023-cü ildən "Milan"da çıxış edirdi. O, geridə qalan mövsümdə İtaliya klubunun heyətində 54 matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.