Fələstin Prezidenti Mahmud Abbas HƏMAS-ın “silahlarını yerə qoymalı” olduğunu deyib və Fələstin xalqını qorumaq üçün beynəlxalq qüvvələrin yerləşdirilməsinə çağırıb.
"Unikal" xəbər verir ki, Abbas bunu Fransa prezidenti Emmanuel Makron və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana ünvanladığı məktubda qeyd edib.
Emmanuel Makron və Məhəmməd bin Salman Nyu-Yorkda Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında həllinə dair konfransa həmsədrlik edəcəklər. Konfrans iyunun 17-də başlayır.
"HƏMAD daha Qəzzanı idarə etməyəcək və öz silahlarını və hərbi imkanlarını Fələstin təhlükəsizlik qüvvələrinə təhvil verməlidir”, – Abbas məktubunda qeyd edib.
Gülayə Mecid