İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi İman Pəhləvi yəhudi əsilli amerikalı iş adamı Bredli Şermanla ailə qurub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, toy mərasimi ötən həftə Fransanın paytaxtı Parisdə baş tutub. Mərasimdə bir sıra məşhurlar, o cümlədən İmanın nənəsi Fərəh Pəhləvi də iştirak edib.

Qeyd edək ki, 1993-cü ildə Vaşinqtonda anadan olan İman şahzadə Rza Pəhləvi ilə Yasmin Pəhləvinin ikinci qızıdır. O, Miçiqan Universitetində rabitə və psixologiya üzrə dərəcə alıb və hazırda “American Express”də baş menecer kimi fəaliyyət göstərir.

İmanın həyat yoldaşı Bredli informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə ixtisaslaşmış “Luchy” şirkətinin baş direktorudur.