"Milan"ın və "Napoli"nin keçmiş baş məşqçisi Cennaro Qattuzo İtaliya millisinə rəhbərlik edə bilər.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis iyunun əvvəlində Xorvatiyanın “Hayduk” klubunun baş məşqçisi postunu tərk etdiyinə görə hazırda işsizdir.
Rəhbərliyin onunla danışıqlar apardığı bildirilir.
İtaliya yığmasını daha əvvəl Stefano Pioli və ya Klaudio Ranyerinin çalışdıracağı ilə bağlı xəbərlər yayılsa da, hər iki mütəxəssis bu təklifdən imtina etmişdi.
Xatırladaq ki, son olaraq Luçano Spallettinin baş məşqçisi olduğu kollektiv DÇ-2026-nın seçmə mərhələsinin iki oyununda üç xal qazanıb. Norveçə 0:3 hesabı ilə məğlub olan italiyalılar ikinci matçda Moldovaya 2:0 hesabı ilə qalib gəliblər.