"İsrail İrana hücum etmək ərəfəsindədir, sayılı günlər qalıb".
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat dərc edib.
Nəşr ABŞ-nin İraqdakı diplomatik missiyasının diplomatların təcili təxliyəsinə başladığını vurğulayır. ABŞ hökuməti də şəxsi heyətini Küveytdən təxliyə etməyə hazırlaşır.
Agentlik qeyd edir ki, Böyük Britaniya bütün tankerlərə və digər gəmilərə Fars körfəzindən tranzit keçərkən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib. Bir gün əvvəl Pentaqonun rəhbəri Pit Heqset Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda ABŞ hərbçilərinin ailə üzvlərinin Mərkəzi Komandanlığın (CENTCOM) məsuliyyət zonasındakı obyektləri könüllü şəkildə tərk etməsinə icazə verib.
Gülayə Mecid