İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri ölkə daxilində bir sıra hərbi təlimlərin başlaması barədə göstəriş verib.

"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. 

Baqirinin sözlərinə görə, təlimlərin məqsədi İran silahlı qüvvələrinin müdafiə gücünü, əməliyyat hazırlığını və çəkindirmə potensialını artırmaqdır: "Bu il müntəzəm hərbi təlimlərin cədvəlində dəyişikliklər edilib. Təlimlər İrana artan regional təhdidlərə və düşmən hərəkətlərə cavab verməyə kömək etməlidir".

Ağarza Elçinoğlu