İngiltərənin "Mançester Siti" klubundan ayrılan Kevin De Bruyne İtaliyanın "Napoli" komandasına keçib.
"Unikal" Neapol təmsilçisinin rəsmi saytında istinadən xəbər verir ki, belçikalı futbolçu ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.
İddiaya görə, tərəflər sonradan müqavilənin müddətini daha 1 il müddətinə artıra bilərlər.
Qeyd edək ki, Belçika millisinin də üzvü olan Kevin De Bruyne 2015-ci ildən çıxış etdiyi “Mançester Siti” ilə ümumilikdə 16 kubok qazanıb. O, ötən mövsüm “şəhərlilər”in heyətində 39 matçda 6 qol vurub və 8 məhsuldar ötürmə edib.