Almaniyanın "Volsburq" klubunda baş məşqçi təyinatı reallaşıb.
"Unikal" xəbər verir ki, vakant posta Paul Simonis təyin olunub.
Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb .
40 yaşlı niderlandlı mütəxəssislə müqavilə iki il - 2027-ci il iyunun 30-na kimi müddətə nəzərdə tutulub.
Simonis Niderlandın “Qou Ahed" klubunda baş məşqçi kimi cəmi bir mövsüm keçirib və ötən tsikldə kluba 92 illik tarixində ilk titulunu - Niderland kubokunu qazandırıb. Komanda bu mövsüm liqanı 7-ci pillədə başa vurub.
Xatırladaq ki, "Volfsburq" mayın əvvəlində baş məşqçi Ralf Qasengüttli istefaya göndərmişdi. Komanda Bundesliqanı 11-ci pillədə başa vurub.