İspaniyanın “Sevilya” komandasının yeni baş məşqçisi bəlli olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu posta Matias Almeyda gətiriləcək. O, iyunun 30-da müqaviləsi başa çatacaq Xoakin Kaparrosu əvəzləyəcək.
Mütəxəssis son olaraq Yunanıstan təmsilçisi AEK-ə rəhbərlik edib.
Qeyd edək ki, "Sevilya" ötən mövsüm La Liqanı 17-ci pillədə başa vurub.