"Bu gün biz Tehran daxilində çox əhəmiyyətli hədəflərə - strateji, hökumət hədəflərinə və infrastruktura hücum edəcəyik". 

"Unikal" xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yisrael Katz deyib. 

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) farsca sözçüsü sakinləri təxliyə etməyə çağıracaq: "Biz heç bir danışıqlar aparmırıq, İsrail vətəndaşlarına zərər verilməsinə imkan verməyəcəyik. İsrail uranı zənginləşdirmək üçün yeraltı fəaliyyət göstərən Fordo nüvə zənginləşdirmə qurğusu ilə də məşğul olacaq. 

ABŞ böyük dostdur, hazırda bəzi hücumlara qarşı müdafiəmizdə bizə kömək edir, buna görə ona təşəkkür edirik. ABŞ prezidentinin qərarları ABŞ-nin qərarlarıdır və biz hər bir qərara hörmətlə yanaşacağıq və istənilən yardıma görə minnətdar olacağıq".

Ağarza Elçinoğlu