"Qarabağ" yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

"Unikal" xəbər verir ki, Portuqaliyanın “Torrense” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və müdafiəçi Dani Bolt heyətə cəlb edilib. 25 yaşlı braziliyalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.