Baş prokuror Kamran Əliyev növbəti kadr dəyişikliyini edib.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilərək sərəncama götürülüb. Hələlik onun yerinə təyinat yoxdur.
Məlumat üçün deyək ki, İ.Ləmbəranski millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır.
Ləmbəranski əvvəllər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, daha sonra Pirallahı rayon prokuroru vəzifəsində çalışıb. 2020-ci ildən Sabunçu rayonunun prokuroru idi.